Gözəlliyin sirləri

Kim deyir ki, “makiyajsız gözəl olmaq mümkün deyil”, əlbəttə ki, makiyajsız da çox gözəl olmaq mümkündür. Necə? İlk növbədə günəş kremindən istifadə etməyi vərdiş halına gətirin. Bostonlu dermatoloq Ranella Hirsch “1, 2, və 3” nömrəli ipucunun günəş kremi vurmağın olduğunu deyir. Günəş şüaları dəri üçün hətta, fəlakət sayıla bilər. Rəng solğunluğu və quruluq günəş şüalarının dəriyə mənfi nəticəsidir. Bunların hamısı dərinin parlaqlığını itirməsinə sonda isə qırışıqlığa gətirib çıxarır. Dərinizin daha gənc davranmasına yardımçı olun. Dr. Hirsch makiyajsız gözəl olmağın ən vacib şərtlərindən biri kimi üz dərisinə oksigenin əhəmiyyətini xüsusi vurğulayıb. Bəs bunu necə etmək olar? Mütəxəssis qeyd edir ki, bunun üçün gün ərzində kifayət qədər gəzintiyə zaman ayırın, yaxud da velosipeddən istifadə edin. Sağlam yaşamaq gözəl görünməyin ən əsas səbəbidir. “Siz sağlamsızsa, dəriniz də sağlam görünər.” Dr. Hirsch qidalanmaq mövzusunda xanımlara bu tövsiyəni verir: “Sağlamlığınız üçün nə faydalıdır, yaxşıdırsa, dəriniz üçün də o yaxşıdır.”
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol